Xalq artisti özəl günündə ağır xəbər aldı KONKRET

05.03.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xalq artisti Səidə Quliyevaya ağır itki üz verib.

KONKRET.az yenicag.az-a istinadən xəbər verir ki, aktrisanın anası vəfat edib.

“Anam səhər saatlarında dünyasını dəyişdi. Uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Doğum günümdə anamı itirdim. Yaşı çox idi, amma ananın yaşı olmur… Mənim üçün çox ağırdır”, – S. Quliyeva sayta açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Xalq artistinin 68 yaşı tamam olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью