Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)

20.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xalq artisti Miri Yusif bu dəfə musiqi fəaliyyəti ilə deyil, ailəvi paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, müğənninin qızı ilə çəkdirdiyi əyləncəli video izləyicilərin marağına səbəb olub.

Sənətçi övladı ilə vaxt keçirərkən lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Paylaşımına əlavə etdiyi "Qız atası olmaq lazımdırsa, TikTok da çəkərəm, TikToker də olaram" sözləri isə diqqət çəkib.

Miri Yusifin bu zarafatlı mesajı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью