Xalq artisti Rasim Abdullayev vəfat edib

26.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Xalq artisti, tanınmış violonçel ifaçısı, professor Rasim Abdullayev vəfat edib.

APA xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik (Aslanov) öz feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, R.Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin solisti olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью