Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yanvarın 21-i Azərbaycanın Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın doğum günüdür.
Moderator.az xəbər verir ki, bəstəkar 1924-cü ildə Şəkidə dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı olub.
Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışıb. Anası Züleyxa xanım isə evdar qadın olub.
Şəfiqə Axundova Bakıdakı 173 saylı məktəbdə, eyni zamanda, musiqi məktəbində oxuyub.
O, sənət taleyinin uğurlu olmasını bacısı Zümrüdün adı ilə bağlayırdı.
Zümrüd Axundova böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı olub.
Dadaşzadənin evində dövrün görkəmli ziyalıları tez-tez qonaq olurdular.
Tam oxu
Xəbəri oxu