Xalq artisti səhhətindən danışdı: İldə ən azı bir iki dəfə...

31.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Şeyx Əbdül Mahmudov səhhətindəki son vəziyyətdən danışıb.

Globalinfo.az-ın xəbərinə görə, Xalq artisti Teleqraf-a bildirib ki, xəstəxanada müalicəsi davam edir.

“Hazırda stasionar müalicə davam edir. Tibbi personal tərəfindən peşəkar səviyyədə xidmət göstərilir.

Səhhətimlə bağlı dörd əsas problem mövcuddur və bu səbəbdən müalicə mərhələli şəkildə aparılır. Müalicəyə mədə ilə bağlı narahatlıqlardan başlanılıb. Sağ tərəfimdə yüngül iflic müşahidə olunur, əl və ayaqlarımın hərəkətində məhdudiyyət var.

Orqanizmin bərpa olunandan sonra Türkiyədən həkim dəvət olunması nəzərdə tutulur. Sağlamlığımıza daim diqqət yetirmək vacibdir və ildə ən azı bir-iki dəfə müalicədən keçmək lazımdır”, – deyə kinorejissor əlavə edib.

Qeyd edək ki, 81 yaşlı Şeyx Əbdül Mahmudov özəl xəstəxanalardan birinə yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью