Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? (AÇIQLAMA) | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb.
Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir: "Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın.
Hansı ixtisas həkimi, hansı məşhur həkimlər? Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın.
Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var.
Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik.
Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir".
HƏMÇİNİN BAX: Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi Məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elçan Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib: "Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir.
Tam oxu
Xəbəri oxu