Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirildi: “Sağ tərəfim quruyub”

22.10.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Xalq artisti Şeyx Əbdül Məmmədov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Lent.az-a danışan sənətkar bildirib ki, son günlər səhhətində narahatlıqlar artıb:

“Sağ tərəfimdə quruma gedir, uyuşur. Bronxlarım yaxşı vəziyyətdə deyil, məni boğur, nəfəs ala bilmirəm. Qan təzyiqim çox aşağıdır, dəmir çatışmazlığı da var. Artıq bir həftədir xəstəxanadayam. Əsəb və qocalıq məni öldürdü”.

Sənətkarın səhhəti həkim nəzarəti altındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью