Xalq artisti vəfat etdi

26.11.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1964-1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970-2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью