Xalq artisti xəstəxanaya YERLƏŞDİRİLDİ SON DURUMU Yeni Çağ Media

13.01.2025

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.

Yenicag.az-a açıqlama verən aktyor 5 gündür ki, xəstəxanada müalicə olunduğunu bildirib:

“Səhhətimdə ciddi problemlər var idi. Neçə illərdir xəstəliklər ilə mübarizə aparıram. Yeni ildən sonra səhhətimdəki problemlər daha da kəskinləşdi. Məcbur olub xəstəxanaya yerləşməli oldum. Bütün gün dava-dərmanlar, sistemlər olunur. Böyrəyim, ürəyimdə ciddi problemlər var. Xəstəxanada da qala bilmirəm, ürəyim partlayır, amma məcburam. Hələ bir neçə gün də burada qalmalıyam”.

Cəvahir

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью