Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

14.10.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, əvvəl müğənni bir neçə gün xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью