Xalq artisti Yaşar Nurinin xatirəsi yad edildi

22.11.2024

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Xalq artisti Yaşar Nurinin anım günü münasibəti ilə sənərkarın qəbri ziyarət olundu. Ziyarətdə Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və Yaşar Nurinin həyat yoldaşı iştirak etdilər. Sənət dostları Yaşar Nurinin xatirəsini dərin ehtiramla yad etdilər, onunla bağlı xatirələrini bölüşdülər.

Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal aktyorun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışdılar.
Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım ziyarətdə iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi.

Allah rəhmət eləsin!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью