Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib

14.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib.

APA xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov “Facebook” hesabında paylaşım edib.

“Zaur Rızayev hal-hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”, - deputat qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью