Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq. “Süni intellekt o deməkdir ki, yəni sən həyatda yoxsan.
Artıq müğənnini də, musiqiçini də süni intellekt vasitəsilə canlandırırlar. Böyük sənətkarı nəinki süni intellekt, heç kim əvəz edə bilməz.
Böyük sənətkar elə böyük sənətkardır. Dünya şöhrətli Zeynəb Xanlarova elə Zeynəb Xanlarovadır.
Allah Tofiq Quliyevə, Ələkbər Tağıyevə, maestro Niyaziyə, Müslüm Maqomayevə rəhmət etsin.
Bu gün o deyir ki, mahnı mənimdir, bu deyir ki, sözlər mənimdir. Bunlar ayıbdır. Mən sözümü deyən sənətkar olmuşam.
Bu dəqiqə zəmanə başqadır” Hurriyyet.Az-ın məlumatına görə, bunu Medianews.az-a açıqlamasında xalq artisti Sadıq Zərbəliyev deyib.
Xalq artisti Sadıq Zərbəliyev uzun müddətdir Natiq Şirinovla Ramil Cahangirov arasında gedən məhkəmə çəkişmələrinə də münasibət bildirib: “Daşı Allah yaradıb.
Mənim başıma güllə vursalar da düz danışacam. Qavaldaşı da ilk dəfə Çingiz Mehdiyev ifa edib.