Xalq artistindən SƏRT İRAD: “Verilişə çağırıb deyir, oynaq mahnı olsun” VİDEO Yeni Çağ Media

11.12.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Bizi efirə çağırırlar, deyirlər, bir oynaq bir hava çalın. Sən məni efirə çağırmısansa, bilirsən, mən kiməm, zövqüm nədir. Efirlərə də nəzarət lazımdır”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən Xalq artisti, ustad tarzən Möhlət Müslümov deyib.

Sənətkar muğam ifaçılarının da bayağı mahnılar oxumasından narahatlığını ifadə edib:

“Baxırsan, üç aya muğam müsabiqəsində tanınır. Deyirsən, muğama yeni istedad, nəfəs gəldi. Bir il keçir, çıxıb efirlərdə elə-belə mahnılar oxuyur. Burada efirlərin də günahı var”.

Videonu təqdim edirik:

Cəvahir

Samir Məcidov

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью