Xalq artistinə TƏZYİQ: “Buna görə məni söyürlər”

10.12.2024

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sosial şəbəkələrdə məni söyürlər”.

Ölkə.az xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov deyib.

“Vətəndaş A” serialında Hacı Əhməd obrazı ilə səs-küy yaradan aktyor obrazına olan tamaşaçı münasibətindən danışıb. Adətən, müsbət obrazları ilə sevilən aktyorun fərqli obrazı tamaşaçı tərəfindən birmənalı qarşılanmayıb. Qurban İsmayılov sosial şəbəkələrdə təzyiqə məruz qalıb:

“Adətən, məni müsbət obrazda görən tamaşaçı Hacı Əhməd obrazını birmənalı qarşılamadı. Sosial şəbəkələrdə məni söyürlər. Bunu da normal qarşılayıram. Hacı Əhməd də özümüzdür. İş adamıdır, o da pul qazanmaq istəyir. Amma mən aktyoram və mənim üçün obrazın müsbət, yaxud da mənfi olmasının fərqi yoxdur. Əsas odur, mənə həvalə olunan obrazın öhdəsindən gəlim”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью