Xalq artistinin dili tutulub

22.01.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun dili tutulub.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin qızı Aytən Həsənova RTV-yə açıqlamasında bildirib:

"Atam hazırda reanimasiyadadır. Müsbətə doğru dəyişiklik yoxdur. Kəskin insult keçirib, ağır vəziyyətdədir. Özünü idarə edə bilmir. Danışığı yoxdur, dili tutulub. Tanıma qabiliyyəti də yoxdur, məni belə tanımır".

Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Ə.Həsənov adıçəkilən tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülmüşdü.

"EDHO"nun aktyoru məşhur serialda “Fotokompozisiya” kitabı təkrar nəşr olundu Xalq yazıçısının yeni kitabı işıq üzü görüb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью