Xalq artistinin döyülən oğlu xəstəxanadan evə buraxıldı

31.01.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyev xəstəxanadan ev buraxılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

Məlumatda bildirilir ki, yanvarın 30-da 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью