Xalq artistinin gözlənilməz qonağı gülüş doğurdu VİDEO

16.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Gülyanaq Məmmədovanın evində maraqlı və gülməli an yaşanıb

Xalq artisti Gülyanaq Məmmədovanın Şəkidəki evində çəkiliş zamanı maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, "Bir gün" verilişini  çəkiliş prosesində qapının döyüldüyünü düşünən sənətçi ehtiyatla qapını açıb. Lakin o, qarşısında gözlədiyi qonağı deyil, həyətə daxil olan bir inəyi görüb.

Gözlənilməz "qonaq" sənətçini təəccübləndirməklə yanaşı, gülməsinə də səbəb olub. Hadisə çəkiliş heyəti tərəfindən də maraqla qarşılanıb və xoş əhval-ruhiyyə yaradıb.

Bu anların görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər tərəfindən gülməli və səmimi bir epizod kimi qiymətləndirilib.

Musa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью