Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında məhk
İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə Natiq Şirinovun 55 min manatlıq təzminat tələbi təmin edilməyib.
Belə ki, Xalq artisti “Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi.
Moderator.az-a açıqlama verən Ramil Cahangirov bildirib ki, ustadının məhkəməyə müraciət etməsi onun üçün gözlənilməz hadisə olub: “Əvvəla onu vurğulamaq istəyirəm ki, ustad Natiq Şirinov bizim dəyərli sənətçimiz, xalq artistimizdir.
Şəxsən mənim onun sənətinə çox böyük hörmətim var. Bu hər zaman da belə olacaq.
Sadəcə olaraq ustadımın məni məhkəməyə verməsi mənim üçün şok və gözlənilməz oldu.
Hansı ki, bizim illərlə əməkdaşlığımız olub, birlikdə səhnə almışıq. Çox yaxın olmuşuq. Bunlar da bir kənara o bir ustaddır.
Gənc sənətçilər onun sənətindən bəhrələnirlər. Onun nağara alətində böyük əziyyəti var. Bunu heç kim dana bilməz.