Xalq artistinin oğlu evə buraxıldı

09.02.2026

Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 30-da Binəqədi rayonu ərazisində bir qrup şəxs tərəfindən döyülən Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğulları Artur Balıyev evə buraxılıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, 1981-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. İnsidentə görə 3 nəfər tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью