Xalq artistinin oğluna yüksək vəzifə verildi

07.06.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov yeni vəzifəyə təyin olunub.

Axar.az Editor.az-a istinadən xəbər verir ki, S.Təhməzova “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin Səlahiyyətli Nümayəndəsi vəzifəsi verilib.

Qeyd edək ki, Səmral Təhməzov 2001–2010-cu illərdə gömrük orqanlarında xidmət edib. 2010–2020-ci illərdə Bakı Beynəlxalq Kompleksində müxtəlif vəzifələrdə çalışıb. 2020–2024-cü illərdə isə Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi vəzifəsini icra edib. O, gömrük xidməti polkovniki rütbəsinə malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью