Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Xalq artisti Ənvər Həsənovun səhhəti kəskin ağırlaşıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında onun qızı Aytən Həsənova deyib.
Onun sözlərinə görə, Ənvər Həsənov danışıq qabiliyyətini tam itirib: "Yazırlar ki, Ənvər Həsənovun səhhəti qaydasına düşüb və xətəxanadan evə buraxılıb.
Məlumat düz deyil. Sağalan adam belə olmur - danışır, yeriyir, yaddaşı üstündə olur, özünü idarə edir. Atamı evə müvəqqəti gətirmişəm.
Həkimlər onun insult keçirməsinin bir ayının tamam olmasını gözləyirlər. Beyni bir az ayılsın ki, ona ikinci müalicə kursu təyin edilsin.
Fevralın 17-də yenidən reabilitasiya mərkəzinə üz tutacağıq”.
Aytən Həsənova atasının səhhətinin yaxşı olmadığı əlavə edib: "Atamın vəziyyəti yaxşı deyil.
Boşluğa baxır, heç nə başa düşmür, danışmır, bir əli, ayağı işləmir, özünü idarə edə bilmir, uşaq kimidir.