Xalq artistinin səhhətində problem yaranıb “10 gün xəstəxanada yatdım” FOTO+ÖZƏL

01.12.2025

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranıb.

O bu haqda Moderator.az-a danışıb:

“Səhhətimdə ciddi problemlər yaranıb. Hazırda müalicə alıram. Məndə koronavirus xəstəliyindən qalma problemlər var idi. Bronxlar, mədə-bağırsaq və s. xəstəliklərim də var. Heç yerə getmirəm. Efirlərə də dəvət alıram, gedə bilmirəm. 1 ay 10 gündür ki, çox ciddi müalicə alıram. 10 gün xəstəxanada müalicə aldım, qalan günləri də evdə. 3-cü kurs başlayır artıq. Qocalıq da bir yandan əl çəkmir”, - deyə sənətkar bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью