Xalq artistinin SON DURUMU

30.09.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib.

"Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir", - o bildirib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью