Xalq artistinin SON DURUMU AÇIQLANDI

11.02.2025

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Məndən və oğlumdan başqa heç kimi tanımır, yaddaşını itirib”.

Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb. Amma səhhəti ağır olaraq qalır.

Bu barədə Yenicag.az-a aktyorun qızı Aytən Həsənova açıqlamasında bildirib. O, atasının vəziyyətinin ağır olduğunu deyib:

“Atamın insulta görə müalicəsi başa çatdı, evə gətirdik. Amma vəziyyəti ağırdır, bütün günü yatır. Məndən və oğlumdan başqa heç kimi tanımır, yaddaşını itirib. Bir ay müalicə fasiləsindən sonra yenidən xəstəxanaya aparacağam. Ümid Allahadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью