Xalq Bankda yeni müşavirlər təyin edildi

28.07.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ASC “Xalq” Bankında korporativ idarəetmə modelinin təkmilləşdirilməsi və idarəetmə proseslərinin optimallaşdırılması məqsədilə İdarə Heyətinin tərkibində dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, İdarə Heyətinin say tərkibi 7 üzvdən 5 üzvə enib, Natella Şahverdiyeva və Nigar Biləndərli İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin ediliblər. Bu təyinata qədər N.Şahverdiyeva və N.Biləndərli İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edirdilər.

Həyata keçirilən struktur dəyişiklikləri funksional bölgünün daha səmərəli təşkilinə xidmət edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью