Xalq Bankdan MasterCard Black Edition kartına 50% endirim

07.05.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Yeni kampaniyadan yararlanmaqla Xalq Bankın təqdim etdiyi premium üstünlüklərə malik Mastercard Black Edition kartını xidmət haqqı və ilkin mədaxil məbləğinə 50% endirimlə əldə etmək mümkün olacaq.
Mastercard Black Edition kartı ilə dünyanın hər yerində eksklüziv xidmətlər və imtiyazlardan yararlanmaq, vəsait nağdlaşdırmaq və ödənişlər aparmaq mümkündür. Kart öz sahibinə 500 000 USD-dək səyahət sığortası proqramı, müxtəlif hava limanlarının biznes zallarına ildə 10 dəfə ödənişsiz keçid, hava limanlarında ildə 10 dəfə pulsuz sürətli keçid (Fast Track), pulsuz data rouminq, kafe-restoranlarda keşbek, “Duty Free” mağazalarında keşbek və digər endirim imkanlarını təqdim edir.
Kampaniya 31 iyuladək davam edəcək.
Mastercard Black Edition kartını XalqOnline mobil tətbiqini yükləyərək, Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/?card=8  səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью