Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 2 mlrd 827 mln 867 min manat olub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 803 mln 113 min manat və ya 22,1 azdır.
Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 4,8% artaraq 1 mlrd 910 mln 914 min manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə illik olaraq 25,9% azalaraq 2 mlrd 291 mln 782 min manata çatıb.
Həmçinin bu dövrdə müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində də azalma müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 244 mln 73 min manat və ya 13,2% azalaraq 30 sentyabr tarixinə 1 mlrd 598 mln 454 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 698 mln 491 min manat, şirkətlərin depozitləri 899 mln 963 min manata düşüb.
Cari ilin üçüncü rübünün yekununda “Xalq Bank”ın cəmi kapitalı 536 mln 84 min manat olub ki, bu da illik müqayisədə 0,3% çoxdur.
Sözügedən dövrdə bankın faiz gəlirləri 152 mln 873 min manat, faiz xərcləri 58 mln 481 min manat, qeyr-faiz gəlirləri 31 mln 492 min manat, qeyri-faiz xərcləri isə 92 mln 630 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına ayırmalarını 1 mln 384 min manat azaldıb və mənfəətindən 10 mln 565 min manat vergi ödəyib.
Nəticədə, bank cari ilin ilk 9 ayını 24 mln 73 min manat xalis mənfəətlə başa vurub. Bu isə illik müqayisədə 2,1 dəfə azdır.
Qeyd edək ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85”%-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.
Könül Vəliyeva