“Xalq bələdiyyə üçün deyil, bələdiyyə xalq üçün işləsin” Qusarlıların DEVİZİ

29.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Qusarda seçki fəallığı davam edir.
Statusundan asılı olmayaraq hər bir Qusar sakini bələdiyyə seçkilərində iştirak etmək üçün məntəqələrə üz tuturlar.
Bizim.Media xəbər verir ki, rayonda səs verənlər arasında Qusar icra başçısı Sahir Məmmədxanov da var. O, 1 saylı Qusar şəhər seçki məntəqəsində seçdiyi namizədə öz səsini verib.
Qusar şəhər sakinləri yeni seçiləcək bələdiyyə üzvlərindən onu gözləyirlər ki, xalq, camaat bələdiyyə üçün deyil, bələdiyyə xalq və camaat üçün işləsin.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью