Xalq Cümhuriyyətinin dövlətçilik irsi və mətbuat | Icma.az
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Həsən bəy Zərdabinin 150 il əvvəl yaratdığı və ilk anadilli nəşrimiz olan “Əkinçi” xalqın gözünü açıb, onun təfəkkürünü zənginləşdirərək maarifçilik işığında yeni bir dövrün başlanğıcını qoydu.
“Əkinçi”nin nəşri, yalnız bir qəzetin təsis tarixi ilə bağlı hadisə deyil, həm də mətbuatın cəmiyyətdəki mövqeyinin formalaşmasının və inkişafının başlanğıcı oldu.
Mətbuat xalqın düşüncə və həyat tərzini formalaşdırmağa, onun sosial və siyasi inkişafına təsir edən önəmli bir vasitə kimi özünü təsdiq etdi.
“Əkinçi”dən sonra meydana gələn və formalaşan mətbuat həmin dövrün xarakter və qadağalarına baxmayaraq, xalqın tarixi güzgüsü ola bildi.
Bu baxımdan bugünkü müstəqil Azərbaycan dövlətinin hüquqi sələfi olan AXC tarixinin cəmiyyətə təqdimatında milli mətbuatın əvəzsiz xidmətləri heç vaxt yaddaşlardan silinməyən tarixi hadisədir.
Həm də müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin siyasi varisi elan edilməsi və bu tarixin öyrənilməsi, cəmiyyətə çatdırılması məsələsi yalnız tarixçi və araşdırmaçıların işi olmaqla qalmır, dövlətin informasiya siyasətinin bir parçası kimi mühüm əhəmiyyət kəsb edir.
Xalqdan gizlədilmiş tarix Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin bayrağını, gerbini, himnini qəbul etmişdir.
Tam oxu
Xəbəri oxu