“Xalq Həyat” yığımlarını artırıb, ödənişlərini azaldıb

24.09.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Xalq Həyat” Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–avqust aylarında 8 milyon 433 min manat sığorta haqqı toplayıb.

Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki,  2025-ci ilin eyni dövründə şirkətin yığımları 7 milyon 211 min manat idi. Artım 1 milyon 222 min manat və ya 16,9% təşkil edib.

Eyni zamanda, sığorta ödənişləri 3 milyon 855 min manatdan 3 milyon 279 min manata düşüb. Azalma 576 min manat və ya 15% olub.

Yığımların artması və ödənişlərin azalması nəticəsində ödəniş/yığım nisbəti 53,5%-dən 38,9%-ə enib.

Şirkətin ümumi bazardakı yığım payı 0,69%-dən 0,76%-ə yüksəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью