Xalq mahnısı deyilən bir şey yoxdur

03.03.2025

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Xalq mahnısı deyilən bir şey yoxdur. Onu yığışıb millət birlikdə yazmır. Onu bir nəfər yazıb. Sadəcə, bəstəkarı bilinməyib, ya da təhsili olmayıb deyə elə qeyd ediblər".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov verilişində deyib. Xalq mahnılarından danışan sənətçi bunları qeyd edib:

"O vaxtlar təhsili olmayanın bəstəkarlıq etməsinə icazə verilmirdi. Ona görə də çox ifaçının yazdığı mahnı müəllifsiz qeyd edilirdi. Əlibaba Məmmədovun 400-dən çox mahnısı var. O zaman bəstəkarlıq təhsili olmadığı üçün adını yazmağa qoymurdular. Niyaməddin Musayev, Məmmədbağır Bağırzadənin də belə mahnıları olub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью