Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2 aprel Azərbaycan boyakarı, Respublikanın xalq rəssamı Altay Hacıyevin doğum günüdür.Missiya.Az xəbər verir ki, o, 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb.1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib.
1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısı olub.
1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.
1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb.
1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Rəssam 2003-cü ildən Prezident təqaüdçüsü olub.Boyakarın bir neçə fərdi sərgisi təşkil edil
Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı i