Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Heykəltaraşlıq təkcə adam düzəltmək deyil, obrazı yaratmaq lazımdır".
Moderator.az xəbər verir ki, bunu Xalq rəssamı Fuad Salayev APA-ya müsahibəsində bildirib.
O, "Bəs heykəltaraşlıq nədir?" sualına cavab olaraq deyib:
"Nizami Gəncəvinin bəyəm fotosu qalıb ki, onun heykəlini hazırladılar? Yox! Rəssamlar əsərləri əsasında onun obrazını yaradıblar. Heykəli elə yaratmalısan ki, desinlər, hə, bax bu Nizamidir, bu da Nəsimidir. Yaradıcılıq budur, heykəltaraşlıq adam düzəltmək deyil".