Xalq şairi reanimasiyadadır

17.07.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

"Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub", - o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью