Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq şairi Nəriman Həsənzadənin köməkçisi əməkdar mədəniyyət işçisi Arif Mehmandost şairin vəziyyəti ilə bağlı açıqlama verib.
Adalet.az-a danışan A.Mehmandost şairin vəziyyətinin hələ də ağır olduğunu söyləyib:
“Bir müddət əvvəl vəziyyəti nisbətən yaxşı idi. Sonra durumu yenidən ağırlaşdı. Klinikadan verilən məlumata əsasən, deyə bilərəm ki, vəziyyətində müsbət irəliləyiş hiss olunur.Sənət adamları, dostları – demək olar ki, hamı maraqlanır. Zəng edirlər. Sadəcə olaraq hər kəs vəziyyətdən xəbərdardır deyə, deyirlər ki, narahat etmək istəmirik. Ancaq zəng edib halını soruşurlar”.
ƏNTİQƏ