Xalq şairinin SON HALI: “Yeriyə bilmir, amma...”

09.06.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nəriman müəllimin səhhəti yaxşıdır. Ara-sıra yaradıcılıq işləri də məşğul olur”.

Bu barədə Bakıvaxtı.az-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost şairin sağlıq durumundan danışarkən bildirib. O qeyd edib ki, şairin yaddaşı da yerindədir, sağlıq durumu da:

“Evdə müalicəsi davam edir. Düzdür, özü yeriyə bilmir, bizim köməkliyimizlə gəzir, amma səhhəti pis deyil.

“Dostları Nəriman müəllimə baş çəkirmi?” sualına gəlincə həmsöhbətimiz bunları qeyd edib:

 “Əlbəttə, dostları yad edirlər, zəng edirlər, səhhəti ilə maraqlanırlar. Yazıçı Anar da zəng edib, şairin halını soruşur. Düzdür, yanına gələ bilmirlər, amma mütəmadi zəng edib, maraqlanırlar”.

Qeyd edək ki, Xalq şairi böyrək çatışmazlığından əziyyət çəkir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью