“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb

15.08.2025

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı  97 nəfər azalıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 7 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 90 nəfər azalıb.
Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 246 nəfər “Xalq”, 4 470 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır.
Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə dəyişməyib. “Xalq” fəxri adı daşıyanlara ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 150 manat təqaüd verilib.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью