Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Xalq yazıçısı Anarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktubunu təqdim edir.
Hörmətli İlham Heydəroğlu! COP29-un böyük uğurla keçirilməsi, Sizin bu tədbirdə parlaq çıxışlarınız ölkəmizin başını daha da ucaltdı.
Bədxahlarımızın bütün cəhdlərinə baxmayaraq, dünya Azərbaycanı sanki kəşf etdi, yenidən tanıdı.
Qədim tarixi, zəngin və əlvan mədəniyyəti olan, bu gün qurucu bir həyatla yaşayan, dini və milli dözümlülük, tolerantlıq amallarına daima sadiq qalan, otuz il işğal altında qalmış və vandallar tərəfindən xarabaya çevrilmiş torpaqlarını öz gücü ilə azad edən, ərazi bütövlüyünü son qarışınacan əbədi bərpa edən qürurlu və məğrur bir xalqın vətəni Azərbaycan – Ulu Öndərin dediyi kimi, dünyaya günəş kimi doğdu.
O da təsadüfi deyildir ki, müqəddəs dinimiz İslamın Yaşılı ilə Təbiətin rəmzi olan Yaşıl bir vəhdətdə – mənəvi və əxlaqi dəyərlər vəhdətində qovuşur.
Ayrı-ayrı insanlar içində paxıllar olduğu kimi, paxıl dövlətlər də var.
Daha doğrusu, paxıl siyasətçilər tərəfindən idarə olunmağa məruz qalmış məmləkətlər.