Xalq yazıçısı Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb AZƏRTAC

28.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Xalq yazıçısı Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb. Cildlərə ədibin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” və “Baş” kimi məşhur romanları daxil edilib.

AZƏRTAC xəbər verir ki, cildlərə ədibin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” və “Baş” kimi məşhur romanları daxildir.

Ədibin hələ 1982-ci ildə yazdığı “Mahmud və Məryəm” romanı oxucuların böyük marağına səbəb olub, onların dərin rəğbətini qazanıb. “Əsli və Kərəm” dastanının motivləri əsasında yazılmış bu əsər dastanlarımızdan istifadə edilərək yazılmış ilk roman kimi ədəbi tənqid tərəfindən də yüksək qiymətləndirilib. Sonrakı dövrlərdə işıq üzü görmüş “Ağ dəvə” (1984), “Ölüm hökmü” (1989) və “Baş” (2015) romanları Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri sırasındadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью