Xalqa müraciət etdi: özünü təriflədi, Ukrayna və Venesueladan danışmadı... VİDEO

18.12.2025

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp xalqa müraciətində Rusiyanın Ukraynaya qarşı müharibəsi və ya Venesueladakı vəziyyətdən bəhs etmədən çıxış edib.

Moderator.az bu haqda "TSN"-ə istinadla xəbər verir.

Müraciətində Amerika lideri daxili siyasətə və öz administrasiyasının nailiyyətlərinə diqqət yetirib. Xüsusilə, Tramp öz komandasının əvvəlki prezident Co Baydenin administrasiyasından daha effektiv olduğunu bildirib.

Çıxışının əsas mövzuları arasında qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığı problemləri də olub  ki, bunlar da Trampın sözlərinə görə, ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Prezident həmçinin, həmişəki kimi, Yaxın Şərqdə müharibənin bitməsində öz rolunu qeyd edib.

Tramp həmçinin administrasiyasının tarifləri artırmaq qərarını tərifləyib. O, bunun Amerika iqtisadiyyatına investisiyaların artmasına və ABŞ-ın iqtisadi mövqeyinin möhkəmlənməsinə səbəb olduğunu söyləyib.

ABŞ Prezidenti bu dəfəki çıxışında Ukrayna və ya Venesueladan danışmayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Venesuela ilə bağlı növbəti addımlarını müzakirə etmək üçün Ağ Evdə təhlükəsizlik və diplomatik qurumların rəhbərlərini topladığı bildirilib.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduro ilə telefonda danışdığını etiraf etdiyini, lakin söhbətin təfərrüatlarını açıqlamaqdan imtina etdiyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью