Icma.az, Sonxeber.az saytına istinadən bildirir. Xalqdan üzr istəyib istefa verdi Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Yonhap" agentliyi yayıb.
Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.
Xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib.
Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib.
Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Sənədin lehinə 190 deputat səs verib.
Bunun ardınca, Yun Sok Yol geri addım ataraq ölkədəki hərbi vəziyyəti ləğv edəcəyini açıqlayıb.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.