Xalqımıza qarşı törədilən bu qanlı faciələr uzun müddət Sovet dövründə gizlədilmişdir Depu…
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarixən soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər.
Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər ərazilərdə 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Tarixi məlumatlara görə, bu dövrdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Deputat bildirib ki, Şamaxıda törədilən cinayətlər xüsusi qəddarlıqla xarakterizə olunur, burada erməni silahlı dəstələri tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmişdir.
Quba qırğınları zamanı isə 4000-dən çox insan öldürülmüş, 122 kənd tamamilə dağıdılmışdır: "Xalqımıza qarşı törədilən bu qanlı faciələr uzun müddət Sovet dövründə gizlədilmişdir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Tam oxu
Xəbəri oxu