Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadçı Akif Nəsirli valyuta məzənnələrinin perspektivi ilə bağlı fikirlərini SİA ilə bölüşüb.
İqtisadçı hazırda ən perspektivli valyutalardan bəhs edib: “Dünyada hazırda ən populyar iki valyuta dollar və avrodur.
Funt sterlinq də ciddi stabilliyə malikdir. Bu üç valyutadan daha perspektivlisi avrodur, amma dollar və funt sterlinq də ondan zəif deyil”.
Akif Nəsirli banklara etibarın azaldığını vurğulayıb: "Təəssüflər olsun ki, xalqımızda pulu başqa valyutada saxlamaq vərdişi var.
Bu vərdiş əslində çox ziyanlıdır. Ölkədə banklara, bank kartlarına, əmanətlərə etibar azalıb.
Son 20 ildə ölkə daxilində maliyyələşmə sferasında baş verənlər təəssüf ki bu sistemin etibarını sarsıdıb.
Hal-hazırda Azərbaycanda əmanət saxlayan sahibkarlar onu məcburən saxlayırlar.