Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən. Bu gün milli mətbuatımız zəngin irsə, təcrübəyə və güclü peşəkar potensiala malikdir.
150 illik bu yol, sözün və fikrin gücü ilə cəmiyyətin inkişafına, maariflənməsinə və milli kimliyimizin qorunmasına mühüm töhfələr vermişdir.
Bu tarix Azərbaycanda ilk nəşr orqanı olan “Əkinçi” qəzetinin dərc olunmağa başladığı gündən hesablanır.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşmışdı.
Lakin bu qəzetin ömrü uzun sürmədi. Çar Rusiyası “Əkinçi”nin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olma
Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai