Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Dünən Fəxri xiyabanda böyük izdiham vardı.
Vəfatının 21-ci ildönümü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün hamı bu məkana üz tutmuşdu.
Onlar Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə gül dəstələri qoyurdular.
Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində xalqımızın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ildönümü ilə əlaqədar anım tədbirləri keçirildi, sərgi və filmlər nümayiş etdirildi.
Fəxri xiyabanı ziyarət edən soydaşlarımızın ürək sözlərini öyrəndik.
“Xalq qəzeti” ilə təəssüratını bölüşən beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi: Azərbaycan torpağı dünyaya bir çox nadir şəxsiyyətlər bəxş edib.
Ölkəmiz üzləşdiyi bütün çətinlikləri mərdliklə və qürurla dəf edərək, hazırda çiçəklənmə və tərəqqi dövrünü yaşayır.
Tarix ayrı-ayrı şəxslərin hadisələrdəki rolunu müxtəlif cür əlaqələndirə bilər.