XalqKartda 5% keşbeklə “Məktəbə qayıdış” ®

01.09.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Xalq Bank yeni tədris ilinə hazırlığı XalqKart sahibləri üçün daha sərfəli edən xüsusi kampaniya təqdim edir.

1–30 sentyabr 2026-cı il tarixlərini əhatə edən “Məktəbə qayıdış” kampaniyası çərçivəsində XalqKart ilə 5 kateqoriya üzrə alış-veriş edən müştərilər 5 % keşbek və ya bonus qazanacaqlar.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kampaniya çərçivəsində kitab və dəftərxana ləvazimatları, kompüter və digər elektronika məhsulları, gül və hədiyyə, həmçinin şirniyyat mağazalarında XalqKart Petrol ilə edilən alış-verişlərə 5 % Oil bonusu, XalqKart Cashback ilə həyata keçirilən ödənişlərə isə 5 % keşbek hesablanacaq.

Qeyd edək ki, XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricində apardıqları nağdsız ödənişlər zamanı 3 % bonus qazanaraq topladıqları Oilləri ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2 % keşbek qazandırır. Əlavə olaraq, hər 2 kartın təqdim etdiyi üstünlüklər aşağıdakılardır:

- AZN qalığına illik 7 % gəlir;

- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;

- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma.

Qeyd edək ki, hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğinədək keşbek qazana bilər.

Hazırda davam edən kampaniya çərçivəsində XalqKart müştərilərə pulsuz təqdim edilir. XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az// səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью