XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

01.07.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalq Bankın təqdim etdiyi XalqKart Cashback və Petrol kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı.

Modern.az xəbər verir ki, 1 iyuldan etibarən XalqKartda olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir qazandıracaq.

Yenilənmiş şərtlərlə müştərilər XalqKartda vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir. 

Qeyd edək ki, 31 dekabradək 3 illik XalqKart Petrol və XalqKart Cashback kartları pulsuz təqdim edilir. XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır.

Hər iki kartda müxtəlif üstünlüklər mövcuddur:

-  AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir;

-  ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;

-  aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

-  onlayn sifariş və pulsuz çatdırılma.

Ətraflı şərtlər: //www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol

XalqKartı Bankın filiallarında, yaxud  //cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью