Xam metaldan son məhsula: Azərbaycanda alüminium ilə bağlı plan dəyişir

24.09.2026

Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılması Dövlət Proqramının əsas alüminium hədəflərindən biridir.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Layihə çərçivəsində texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri tamamlanmalı, zavod əsas avadanlıqlarla təchiz edilməlidir.

Proqram alüminium sektorunda yalnız ilkin metal istehsalını deyil, emal dərinliyinin artırılmasını və daha yüksək əlavə dəyərli məhsulların istehsalını genişləndirməyi nəzərdə tutur.

Azərbaycanda alüminium yayma məhsulları üzrə güc 50 min tona çatdırılacaq

Azərbaycanda alüminium yayma məhsullarının illik istehsal gücünün 50 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət Proqramında alüminiumun daha dərindən emal olunması və profil, naqil, kabel, folqa, lövhə, lent və içki qabları kimi yüksək əlavə dəyərli məhsulların yerli istehsalının inkişaf etdirilməsi ayrıca hədəf müəyyən edilib.

Bazar tələbatına əsasən prioritet məhsul qrupları müəyyən ediləcək və özəl sektorun təqdim etdiyi layihələrin təşviqi nəzərdə tutulacaq.

Beləliklə, strategiya ilkin alüminium istehsalından daha çox emal mərhələsinin Azərbaycanda saxlanılmasına yönəlib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью