“Xam xəyallara dalmağa davam et“: Xamenei Trampın İrana dair iddialarına cavab verib“ “Reu…
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Amerika kimdir ki, hansısa ölkənin nüvə enerjisi hüququnu mühakimə etsin?.." İranın ali lideri ayətullah Əli Hameneyi ABŞ prezidenti Donald Trampın təklif etdiyi danışıqları birmənalı şəkildə rədd edib və ABŞ-ın İranın nüvə potensialını məhv etdiyi barədə iddalarını təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hameneyi Trampın təklifini rədd edir Agentliyin məlumatına görə, Hameneyi Trampın "müqavilələr ustası" olmasını vurğulayan açıqlamasına da münasibət bildirib: "Əgər bir müqavilə məcburiyyətlə müşayiət olunursa və nəticəsi əvvəldən müəyyənləşdirilibsə, bu müqavilə deyil, təzyiq və qorxutmadır".
İran və ABŞ arasında ötən illərdə beş raund dolayı nüvə danışıqları keçirilsə də, bunlar iyun ayında baş verən 12 günlük hava əməliyyatı ilə dayandırılıb.
Həmin dövrdə İsrail və ABŞ İranın nüvə obyektlərini hədəfə alıb.
Hameneyi ABŞ-ın bu əməliyyatla İranda nüvə sənayesini tam məhv etdiyini iddia etməsini tənqid edərək belə deyib: "Amerikaya nə aidiyyəti var ki, İranın nüvə sənayesi var ya yox?
O kimdir ki, hansısa ölkənin nüvə enerjisi hüququnu mühakimə etsin?" Nüvə potensialı və biliklər ətrafında mesaj Hameneyi həmçinin vurğulayıb ki, ABŞ-ın iddialarına görə alimləri məhv etmək mümkündür, amma biliklər hücumla məhv edilə bilməz.
Tam oxu
Xəbəri oxu